[b]ABŞ-dan Rusiyaya ağır ittiham [/b]
09 may 2018 05:59 (UTC +04:00)

[b]ABŞ-dan Rusiyaya ağır ittiham [/b]

ABŞ Senatının kəşfiyyat üzrə komitəsi Rusiyanın seçkilərə müdaxiləsi nə dair  hazırlanmış hesabatın altı səhifəlik hissəsini ictimailəşdirib.  APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Komitə bununla belə Rusiyanın seçkilərə müdaxiləsinin hər-hansı təsirini təsdiqləməyib.   

 

“Rusiya hökuməti ilə əlaqəli kiberhücumçular 2016-cı ildə ABŞ-ın seçki infrastrukturuna zidd kiberkampaniya keçiriblər”,  – deyə məlumatda bildirilir.  Məlumata görə, kiberhücumlara 18-21 ştat məruz qalıb.

 

Komitə iddia edir ki, Rusiya ABŞ-dakı seçki  prosesinə yönəlmiş  kəşfiyyat fəaliyyətinin geniş spektrindən istifadə edib: “Bu fəaliyyət azı 2016-cı ilin əvvəlində başlayaraq, seçki gününədək davam etdirilib və informasiyaların toplanılması, ədalətli səsvermə prosesinə kölgə salmaq və nəticələrə təsir etmək cəhdləri kimi əməliyyatlar həyata keçirilib”.   

 

Komitə, bununla belə, müdaxilənin seçkilərin nəticələrinə təsir etmədiyini qeyd edib. Bundan başqa, sənəddə xarici müdaxilədən qorunmağa dair bir neçə tövsiyə yer alıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 257
avatar

Oxşar yazılar