<b>ABŞ-dan İrana qarşı növbəti sərt ittiham  </b>
20 dekabr 2017 07:15 (UTC +04:00)

ABŞ-dan İrana qarşı növbəti sərt ittiham

ABŞ Yəməndəki üsyançı husilərin Səudiyyə Ərəbistanını atəşə tutmasında İranın əlinin olduğunu bildirib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hüsilər ötən gün Səudiyyə Ərəbistanının rəhbərliyinin görüş keçirdiyi zaman “Yamama” kral sarayına ballistik raket atdıqlarını iddia ediblər.    

 

“Konkret bu hücumla bağlı ətraflı məlumatımız olmasa da, onu deyə bilərik ki, bunun İran silahından istifadə edilməklə törədilmiş əvvəlki hücumlarla oxşarlığı var”, - deyə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Xeyli bildirib.  

 

Nikki Xeyli BMT Təhlükəsizlik Şurasının üzvlərini “fürsətdən istifadə edərək”, İrana qarşı tədbirlər görməyə çağırıb.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 204
avatar

Oxşar yazılar