[b]ABŞ-da Ərdoğanın tərəfdarları və əleyhdarları dalaşdı: 9 yaralı[/b]
17 may 2017 06:23 (UTC +04:00)

[b]ABŞ-da Ərdoğanın tərəfdarları və əleyhdarları dalaşdı: 9 yaralı[/b]

0

Vaşinqtonda Türkiyə prezidenti Rəvəb Tayyip  Ərdoğanın tərəfdarları və əleyhdarları arasında qarşıdurma baş verib.   

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə,  şəhərin xilasetmə qurumunun məlumatına görə, toqquşmalar Türkiyə səfirinin iqamətgahı yaxınlığında baş verib.

 

Məlumata görə, insident nəticəsində 9 nəfər xəsarət alıb. Xəsarət alanlardan ikisinin  vəziyyətinin ağır olduğu bildirilir. Polis toqquşmaların baş verdiyi ərazini nəzarətə götürüb. Saxlanılanlar barədə məlumat verilmir.  

 

Qeyd edək ki, Ərdoğan Vaşinqtonda rəsmi səfərdədir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 383

Oxşar yazılar