ABŞ-ın San-Fransisko şəhərində bağlanan diplomatik obyektlərin üzərindən Rusiyanın bayraqları çıxarılıb.
APA-nın “RT”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın ABŞ-dakı səfirliyinin mətbuat xidmətindən bildirilib.
“ABŞ tərəfinə bizim San-Fransiskodakı diplomatik əmlakımızın üzərindən Rusiya bayraqlarının çıxarılması ilə əlaqədar qətiyyətli etiraz göndərilib”, səfirliyin “Feysbuk” səhifəsindəki məlumatında deyilir.
Xatırladaq ki, avqustun 31-də ABŞ Dövlət Departamenti ölkədəki Rusiya diplomatik nümayəndəliklərinin fəaliyyəti ilə bağlı yeni məhdudiyyətlər elan edib. Buna əsasən San-Fransiskodakı Rusiya Baş Konsulluğunun obyektləri bağlanıb.