[b]"Kreml Əsədə qarşı mövqeyini dəyişib"[/b]
26 aprel 2017 00:26 (UTC +04:00)

[b]"Kreml Əsədə qarşı mövqeyini dəyişib"[/b]

Moskva Suriya prezidenti Bəşər Əsədə qarşı mövqeyini dəyişib. APA-nın “RBK”ya istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan "Reuters"ə müsahibəsində deyib.

 

Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığından sonra bu qənaətə gəldiyini bildirib: "Cənab Putin mənə zəng etdi və dedi ki, siz məni düzgün başa düşün, mən Əsədi müdafiə etmirəm, onun vəkili də deyiləm".

 

“Nə qədər ki, Əsəd hakimiyyətdədir, Suriyada müharibə bitməyəcək və sülh əldə olunmayacaq”, - deyə Türkiyənin dövlət başçısı əlavə edib.   

 

Kreml bundan əvvəl dəfələrlə Əsədin taleyini Suriya xalqının müəyyənləşdirməli olduğunu bəyan edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 179
avatar

Oxşar yazılar