[b]«YouTube»-da atışmanın səbəbi bəlli oldu [/b]
04 aprel 2018 06:50 (UTC +04:00)

[b]«YouTube»-da atışmanın səbəbi bəlli oldu [/b]

 

«YouTube» videoportalının ABŞ-ın Kaliforniya ştatındakı mənzil-qərargahında atışma terrorçuluqla əlaqəli deyil. İnsidentə səbəb, ilkin məlumata görə, daxili mübahisə olub.  APA-nın xəbərinə görə, bu barədə ABC telekanalı məlumat yayıb.

 

Qeyd edək ki, silahlı qadın «YouTube» videoportalının San Bruno şəhərindəki (Kaliforniya ştatı) mənzil-qərargahında atışma törədib. İnsident nəticəsində 3 nəfər xəsarət alıb, onlardan birinin vəziyyəti kritikdir. Atəş açan qadının intihar etdiyi bildirilir.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 486

Oxşar yazılar