[b]“Rusiya, Türkiyə və İran Suriyada rejimin devrilməsini istəmirlər"[/b]
21 dekabr 2016 05:58 (UTC +04:00)

[b]“Rusiya, Türkiyə və İran Suriyada rejimin devrilməsini istəmirlər"[/b]

0

Rusiya, Türkiyə və İran hesab edirlər ki, Suriyada rejimin devrilməsi yox, terror təhlükəsinin aradan qaldırılması bir nömrəli prioritet olmalıdır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ötən gün Suriya XİN rəhbəri Sergey Lavrov bildirib.

 

Nazirin sözlərinə görə, Rusiya, İran və Türkiyəni məhz bu nöqteyi-nəzər birləşdirir: “Bizim mövqelərimiz bu məsələdə üst-üstə düşür”.

 

Müxtəlif ölkələrin silahlı qüvvələrinin Suriyadakı əməliyyatlarda iştirak etməsi məsələsinə  gəlincə isə Lavrov bu iştirakın əsas məqsədinin terrorla mübarizə olduğunu qeyd edib: “Bu məqsəd həm Amerika koalisiyası tərəfindən, həmdə, “Ərəfat qaıxanı” əməliyyatını keçirən türkiyəli dostlarımız tərəfindən də bəyan edilib.  Bütün hallarda – istər dəvətlə, istərsə də dəvətsiz Suriyada olanların hamısı Suriya Ərəb Respublikasının suverenliyi, ərazi bütövlüyü, vahidliyi və müstəqilliyini tanıdıqlarını təsdiqləyirlər”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 396

Oxşar yazılar