Suriyada beynəlxalq koalisiyaya məxsus aviasiyanın endirdiyi hava zərbəsi nəticəsində "Cəbhət Fəth əş-Şam" (keçmiş “Cəbhət ən-Nüsrə”) qruplaşmasının liderlərindən biri məhv edilib
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə "Əl-Mayadin" telekanalı məlumat yayıb.
Məlumata əsasən, Əbu əl-Fərəc əl-Məsri Suriyanın Cisr Əş-Şuğur şəhəri yaxınlığında öldürülüb.
ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın nümayəndələri hələ ki, hadisəni şərh etməyiblər.