ABŞ-nın İndiana ştatının İndianapolis şəhərində 4 yaşlı qız evdə tapdığı silahla özünü və anasını yaralayıb.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, yaralılar dərhal xəstəxanaya çatdırılıb.
Qızın atası bildirib ki, uşaq birinci özünün üzündən, sonra anasının boynundan atəş açıb. İnsidentin səbəbləri müəyyənləşdirilir.