Suriyaya 1,5 milyard dollar humanitar yardım toplamaq çağırışı ilə beynəlxalq konfrans gələn il yanvarın 30-da BMT baş katibi Pan Ge Munun başçılığı ilə Küveytdə keçiriləcək.
Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, baş katibi beynəlxalq ictimaiyyəti 2013-cü ilin birinci yarısınadək bu məbləği yığmağa çağırıb. Gələn ilin iyununadək Suriya qaçqınlarının sayının 1,1 milyona çatacağı gözlənilir.