«Rusiya ilə İran arasında «S-300» raket hücumundan müdafiə kompleksi əvəzin «Antey-2500» sisteminin verilməsinə dair müqavilə yoxdur».
Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, bu haqda «Rosoboroneksport»-un başçısı Anatoli İsaykin jurnalistlərə müsahibəsində söyləyib.
«Söyləmək çətindir. Belə müqavilənin olacağı və ya olduğu barədə bir söz deyə bilmərəm. Hələlik bu yoxdur» - deyə, o, vurğulayıb.
Mənbə bildirib ki, bir müddət öncə İranla Rusiya arasında «S-300» kompleksinin yerinə «Antey-2500» sistemi veriləcəyi barədə razılıq əldə edildiyinə dair xəbər yayılmışdı.