Rusiyanın keçmiş müdafiə nazirini axtarırlar
27 dekabr 2012 22:33 (UTC +04:00)

 Rusiyanın keçmiş müdafiə nazirini axtarırlar

Yerli informasiya vasitələri Rusiyanın keçmiş müdafiə naziri Anatoli Serdyukovun Latviyada göründüyünə dair  xəbərlər yayıb.

 

Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, Latviya Xarici İşlər Nazirliyinin təmsilçisi Yanis Silis bu xəbər təsdiqləməyib. O, bu haqda məlumatının olmadığını söyləyib. Onun sözlərinə görə, Latviyanın müdafiə naziri Artis Pabriks də Serdyukovun ölkəyə gəlməsindən xəbərsiz olduğunu bildirib.

 

«Əlbəttə, o, Latviyaya adi şəxs kimi mövlud və ya yeni illə bağlı səfər edə bilər. Məndə onun səfəri barədə heç bir məlumat yoxdur» - deyə, XİN təmsilçisi söyləyib. .

 

Serdyukovun vəkili Henrix Padva isə bildirib ki, keçmiş nazir Moskvadadır və yeni il qarşılamağa hazırlaşır.

 

Xatırladaq ki, keçmiş müdafiə naziri dövlət əmlakını mənimsəməkdə və bu sayaq cinayət əməllərində şübhəli bilinir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1059

Oxşar yazılar