Dekabrın 26-da Misirin keçid hökuməti «Müsəlman qardaşları» hərəkatının əsas təbliğat vasitəsi sayılan «Azadlıq və Ədalət» qəzetinin yayılmasını yasaqlayıb.
Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, ölkənin təhlükəsizlik xidmətinin əməkdaşları qəzetin son sayının nüsxələrini satış məntəqələrindən yığışdırıb.
Misir Daxili İşlər Nazirliyinin bəyanatında bildirilib ki, qəzet «Müsəlman qardaşları» hərəkatının siyasi qanadı sayılan «Azadlıq və Ədalət» Partiyası qurulduqdan sonra 2011-ci ilin noyabrında təsis olunub.
Xatırladaq ki, ötən gün Misirin müvəqqəti hakimiyyəti «Müsəlman qardaşları» hərəkatını da terrorçu təşkilat elan edib.