«Misirdəki vəziyyətə ABŞ-ın müdaxilə imkanı məhduddur»
20 avqust 2013 06:51 (UTC +04:00)

«Misirdəki vəziyyətə ABŞ-ın müdaxilə imkanı məhduddur»

ABŞ-ın müdafiə naziri Çak Heygel Misirdəki vəziyyətə münasibət bildirib. Lent.az-ın «İnterfaks»-a istinadən məlumatına görə, o, deyib ki, müvəqqəti hökumət Misirdə sülh yaratmaq üçün ideya irəli sürməlidir.

 

«Zorakılıq dayandırılmalı, fövqəlada vəziyyət rejim ləğv edilməlidir»-deyə, Pentaqonun başçısı Vaşinqtonda çinli həmkarı ilə birlikdə keçirdiyi mətbuat konfransında söyləyib.

 

O, qeyd edib ki, Misirdəki vəziyyətə ABŞ-ın müdaxilə imkanı məhduddur.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 444
avatar

Oxşar yazılar