İran İnqilab Keşikçiləri Qvardiyasının xarici ölkələrdə fəaliyyət göstərən xüsusi bölməsi «əl-Qüds»-dür.
Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, «əl-Qüds» və Livan «Hizbullah»ı ABŞ və İsrail obyektlərində terror aksiyalarına hazırlığın səmərəliliyini önəmli dərəcədə artırıb.
Vaşinqtondakı Yaxın Şərq İnstitutunun mütəxəssisi Metyu Levit məruzəsində bildirib ki, İranın xüsusi xidmət orqanları və Livan terrorçuları «öz səhvlərini tez araşdırıb, onu düzəldir və buna görə də daha təhlükəli olurlar».
Onun fikrincə, 2011-ci ilin mayından 2012-ci ilin iyununadək onların 20-dən artıq terror aksiyası zərərsizləşdirilib.
Səudiyyə Ərəbistanının ABŞ-dakı səfirinə qarşı sui-qəsd cəhdi, eləcə də hazırlıq mərhələsində olan Bolqarıstanda İsrail turistlərinə qarşı terror aksiyasının qarşısının uğurla alınması örnək olaraq, göstərilib.
Levit qeyd edib ki, əgər başlanğıc mərhələsində «əl-Qüds» və «Hizbullah»nın fəaliyyəti həvəskar səviyyədə idisə, hazırda onlar daha təhlükəli olub. Onun sözlərinə görə, Qərbi İranla münasibətindəki gərginlik terror təhlükəsini artırır.