«Bu il İran atom bombası düzəldə bilər»
İran 2014-cü ilin ortalarınadək atom bombası düzəltmək üçün kifayət qədər silah uranı istehsal edə bilər. Bu barədə ABŞ-ın nüvə silahının yayılmaması üzrə ekspertlər qrupunun hesabatında deyilir.
«İranın nüvə proqramının hazırkı hərəkət xəttinə əsasən deyə bilərik ki, Tehran 2014-cü ilin ortalarına lazımi nöqtəyə çata bilər», deyə «ABŞ-ın dəyişən Yaxın Şərq üçün nüvə silahının yayılmaması strategiyası» adlı 154 səhifəlik hesabatda bildirilir.
Ekspertlər ABŞ hakimiyyətini və onun müttəfiqlərini İrana qarşı sanksiyaları sərtləşdirməyə çağırırlar.