Ərəb Dövlətləri Liqası və BMT-nin Suriya üzrə özəl təmsilçisi Lahdar Brahiminin təşəbbüsünü Türkiyəli diplomat gerçəklikdən uzaq sayıb.
Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, o,Bəşar Əsədlə müxalifətin birgə keçid hökuməti yaratmasını təklif edib.
Türkiyəli diplomat əminlik bildirib ki, Suriya müxalifəti qəti şəkildə Əsədin rəhbərliyi altında keçid hökuməti yaradılmasına qarşıdır.
Bununla belə Ankaradakı mənbə qeyd edib ki, «bir sıra dövlətlər» müxalifəti Brahiminin təşəbbüsünə inandıra bilsə, o zaman bu təklifi araşdırmaq olar.
Xatırladaq ki, dekabrın 27-də Suriya xarici işlər nazirinin müavini Faysal Mikdad Rusiya Xarici İşlər Nazirliyinin təmsilçiləri görüş keçirib. Onun ardınca L.Brahimi də Moskvaya yola düşüb.