ABŞ Federal mülki aviasiya idarəsi «Boeing 787 Dreamliner»-in uçuşunu dayandırdığını elan edib.Buna səbəb kimi təyyarədəki texniki təhlükəsizlikdən şübhələnildiyi göstərilib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, dünyada 50 belə təyyarə mövcuddur. Onları «Boeing»lərin bayraqdarı sayırlar. Bununla belə həmin hava maşınlarında da uçuş zamanı bir sıra texniki çatışmazlıq, o cümlədə elektrik naqillərinin yanması, əyləc sistemini işləməməsi, yanacaq sızması, pilot kabinəsinin şüşəsində çat qeydə alınıb.
Bu tip təyyarələrin yarısı Yaponiyadadır. Onların uçuşun ilk yasaqlayan da elə bu ölkə olub.