«Azadlıq adası»ndan qurtulmaq istəyənlər çoxalır
15 yanvar 2013 05:12 (UTC +04:00)

«Azadlıq adası»ndan qurtulmaq istəyənlər çoxalır

Çeşidli dövlətlərin Kuba paytaxtı Havanadakı səfirliklərinin binası və miqrasiya xidməti idarəsi qarşısında uzun növbələr yaranıb.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, ölkə vətəndaşlarının xaricə getməsi  məhdudiyyəti ilə bağlı yasaq aradan qaldırıldıqdan sonra  vəziyyət yaranıb. Bu sərt qayda 50 ildən artıq tətbiq edilib.

 

Adanı tərk etmə istəyən çox saylı kubalının başqa bir problemi yaranıb. Belə ki bəzi ölkələr səfər etmək üçün vizanın qiyməti adi Kuba vətəndaşının aylıq qazancından 10 dəfə bahadır.

 

Vacib peşə sahibləri – həkim, hərbçi və idmançılar üçün ölkəni tərk etmək məhdudiyyəti hələ də tətbiq olunmaqdadır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 747
avatar

Oxşar yazılar