ABŞ Rusiyada demokratiyanı dəstəkləyəcəyini bildirir
28 dekabr 2012 22:22 (UTC +04:00)

 ABŞ Rusiyada demokratiyanı dəstəkləyəcəyini bildirir

Dövlət Departamentinin təmsilçisi Patrik Ventrell bildirib ki, Moskvanın«antimaqnitsk» qanunu ilə bağlı yaratdığı çətinliklərə baxmayaraq, ABŞ Rusiyada vətəndaş cəmiyyət və demokratiyanın inkişafını dəstəkləyəcək.

 

Lent.az-ın "RİA-Novosti"-yə istinadən məlumatına görə,o,deyib:«Yeni qanunların qəbulu və tətbiqi Rusiya vətəndaş cəmiyyəti ilə onların amerikalı tərəfdarları arasında əməkdaşlığa çeşidli sahələrdə problemlər yaradır. Bura insan haqlarının qorunması, açıq hökumət və seçkilərin şəffaf keçməsi sahələrindəki əməkdaşlıq daxildir. Bununla belə ABŞ dünyada, o cümlədən Rusiyada vətəndaş cəmiyyəti və demokratik prosesləri gələcəkdə də dəstəkləyəcək və bu prinsipinə sadiqdir».

 

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin ABŞ –dan maliyyələşən Qeyri-Hökumət Təşkilatlarının fəaliyyətinin ölkə maraqları üçün təhlükə yaratdığını özündə ehtiva edən qanunu imzalayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 603

Oxşar yazılar