“Türk axını”nı tikmək 11,4 mlrd avroya başa gələcək
10 avqust 2015 22:40 (UTC +04:00)

“Türk axını”nı tikmək 11,4 mlrd avroya başa gələcək

0

“Türk axını” qaz boru layihəsi çərçivəsində ümumi dəyəri 11,4 mlrd avro qiymətləndirilən 4 boru xəttinin tədricən çəkilməsi nəzərdə tutulub.  APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Qazprom”un layihələrin idarə olunması departamentinin  rəis müavini Aleksey Serebryakov bildirib.   

 

“Layihəyə əsasən, qaz borusunun 4  xəttinin tikintisi nəzərdə tutulub, onların tədricən, mərhələli şəkildə istifadəyə verilməsi planlaşdırılır...

ƏDV-siz hazırkı ümumi dəyər 11,4 mlrd avro məbləğində müəyyənləşdirilib.

 

Qaz borusunun birinci xəttinin dəyəri ƏDV-siz  4,3 mlrd avro məbləğində müəyyən edilib”, deyə Aleksey Serebryakov bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 305

Oxşar yazılar