“Taliban” radikal hərəkatın hərbi komissiyası rəhbərinin müavini Əfqanıstanın Bağlan əyalətində hökumət qüvvələrinə təslim olub.
APA-nın “Sinxua”ya istinadən verdiyi xəbərə görə, Qari Mahfuzullah adlı hərəkat rəhbərlərindən biri Burka yaşayış məntəqəsi yaxınlığında keçirilən əməliyyat zamanı hərbçilərə təslim olub.
Əməliyyat zamanı daha 3 silahlı məhv edilib.