Almaniyada insanı şoka salan hadisə baş verib. Lent.az-ın məlumatına görə, Essen bölgəsində 47 yaşılı avstraliyalı kişi 23 yaşlı ögey qızını öldürüb. Həmin şəxs qızını bağçada basdırıb və daha sonra üstünə beton töküb.
Hadisənin səbəbi dəqiq bilinməsə də, ata ilə ögey qızının bir-birinə nifrət bəslədiyi iddia olunur. Bundan başqa kişinin ögey qızına qarşı 14 yaşından bəri cinsi zorakılıq etdiyi bildirilir.
Faktla bağlı araşdırmalar davam etdirilir.