“Ku-Kluks-Klan” zəncini öldürən polisə mükafat verəcək
18 yaşlı gənci öldürən Daren Uilsona arxa-dayaq tapıldı
Missisuri ştatının polis orqanları ötən şənbə 18 yaşlı qaradərili Maykl Braunu güllələyən polisin adını açıqlayıb. Məlum olub ki, zənciyə atəşi polis nəfəri Daren Uilson açıb. Lent.az-ın müsavat.com-a istinadən verdiyi xəbərə görə, hadisənin baş verdiyi Ferqyuson şəhərində kütləvi iğtişaşlar baş verib. Ferqyusonun meri bildirib ki, şəhər müharibə zonasına çevrilib. Polis iğtişaşları yatırtmaq üçün gücdən istifadə edib.
Sosial şəbəkələrdə qatil polisin cəzalandırılması ilə bağlı kəskin çağırışlar səslənib.
Ancaq Amerikada qətli törədən şəxsə arxa-dayaq duran bir təşkilat tapılıb. Cənubi Koralinada əsası qoyulmuş “Ku-Kluks-Klan”ın (ABŞ-da faşist terror təşkilat) Missipi bölümü ağdərili polisi qaradərili birisini öldürdüyünə görə mükafatlandırmaq fikrindədir.
“Ku-Kluks-Klan”ın “Yeni Cəngavərlər İmperiyası” bölümü öz web saytında qətl edilmiş gənci çürük kötüyə bənzədib. Onu yaxşı oğlan olmamaqda suçlayıb.
Bu barədə “The İndependent“ qəzeti məlumat yayıb. “Yeni Cəngavərlər İmperiyası”
tərəfdarlarına müraciət edərək, hər kəsi 10 dollar ianə verməyə çağırıb. Və bəyan edib ki, polis zənci kriminallara qarşı öz vəzifə borcunu yerinə yetirib.
Alabamada əsası qoyulmuş “ SPLC“ adlı mülkü vətəndaşların hüququnu qoruyan təşkilat bildirib ki, onlara da “Ku-Kluks-Klan”dan polislə yardımla bağlı müraciət daxil olub. Müraciətdə deyilirmiş ki, bizim daha çox ağdərili polislərə ehtiyacımız var. Onlar yəhudilərin nəzarətində olan qaralara qarşıdırlar. Kriminalla bağlı problemlərin 90 % qaradərililər tərəfindən törədilir.
“Ku-Kluks-Klan”ın yaydığı şüarların biri isə belədir: “Vətənimizi xilas etmək üçün bizə qoşulun“.
Qəzet yazır ki, polis tərəfindən bu günlərdə Maykl Braunun oğurluqda ittiham edilməsi Ferqyuson şəhərində vəziyyəti daha da gərginləşdirib.
Son məlumata görə Maykl Braunun 22 yaşlı dostu Dorian Conson bildirib ki, Maykl Braun əllərin yuxarı qaldırıb təslim olduqdan sonra 28 yaşlı polis nəfəri Daren Uilson onu güllələyib. Maykl Braunu güllələyən polis isə deyib ki, o, hücumdan qorunmaq üçün silaha əl atmalı olub.
1644