“Əl-Qaidə Maqrib ölkələrində” qruplaşması girov saxladığı fransalı Serj Lazareviç və Niderland vətəndaşı Sjaak Riykenin görüntülərini yayıb.
APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, girovlar video vasitəsilə hökumətlərindən kömək diləyərək onları terrorçularla danışıqlara getməyə çağırıblar.
Riykenin sözlərinə görə, kadrlar sentyabrın 26-da lentə alınıb. Fransa və Niderland vətəndaşının 2011-ci ildə girov götürüldüyü bildirilir.