“Əl-Aksa”-nın girişindəki detektorlar götürüldü
25 iyul 2017 20:56 (UTC +04:00)

“Əl-Aksa”-nın girişindəki detektorlar götürüldü

0

Qüdsdə “Əl-Aksa” məscidinin girişində İsrail tərəfindən quraşdırılan metal detektorlar və video kameralar götürülüb.  

 

 APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, müsəlmanların sərt etirazına səbəb olmuş elektron təhlükəsizlik sistemləri İsrailin hərbi-siyasi kabinetinin qərarı ilə ləğv edilib.  

 

Qeyd edək ki, iyulun 14-də Qüdsdə “Əl-Aksa” məscidi yaxınlığında fələstinli gənc İsrail polislərinə hücum edib. Nəticədə 2 polis ölüb, daha biri yaralanıb. Bundan sonra İsrail hökuməti “Əl-Aksa” məscidinə girişdə yeni təhlükəsizlik qaydaları tətbiq edib. Bu, fələstinlilərin kütləvi etirazı ilə qarşılanıb. 

 

İsrail təhlükəsizlik qüvvələri ilə toqquşmalar nəticəsində 4 fələstinli ölüb, yüzlərlə şəxs yaralanıb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 565

Oxşar yazılar