“Çöl ayısı” öldü
28 dekabr 2012 11:48 (UTC +04:00)

“Çöl ayısı” öldü

Səddamın ordusunu 6 həftəyə diz çökdürən general xəstəlikdən həyatını itirib

 

Birinci Körfəz Savaşında ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın komandanı, Səddam Hüseynin ordusunu işğal etdikləri Küveytdən çıxaran general Norman Şvartzkopf 78 yaşında vəfat edib.

Lent.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, istefada olan 78 yaşlı general Tampa şəhərindəki evində xəstəlikdən ölüb. ABŞ-ın sabiq prezidenti Corc Buş başsağlığı verib. O bildirib ki, ABŞ gerçək bir vətənpərvərini və ən böyük hərbi liderlərindən birini itirib.

Qeyd edək ki, Vyetnam savaşının iştirakçısı olan Norman Şvartzkopf 1991-ci ildə Səddam Hüseynin qüvvələrini Küveytdən çıxarmaq üçün 6 həftə davam edən döyüş aparıb. O, döyüşdə 540 min ABŞ, 200 min müttəfiq əsgərlərə komandanlıq edib. “Çöl ayısı” ləqəbi ilə tanınan Norman Şvartzkopf 35 il ABŞ ordusunda xidmət etdikdən sonra istefaya çıxıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 931

Oxşar yazılar