“Barselona”dan Koutinyoya növbəti təklif
09 noyabr 2017 06:53 (UTC +04:00)

“Barselona”dan Koutinyoya növbəti təklif

İspaniyanın “Barselona” klubu braziliyalı futbolçu Filipe Koutinyonu qış “transfer pəncərəsi” müddətində heyətinə qatmağa cəhd edəcək.

 

APA-nın məlumatına görə, bu barədə “Sport.es” xəbər verib.

 

Məlumata görə, “Barselona” rəhbərliyi “Liverpul”a  yeni təklif göndərəcək. Kataloniyalıların 25 yaşlı yarımmüdafiəçi üçün “mersisaydlılara” 120 milyon avro təklif edəcəyi gözlənilir.

 

“Barselona” ilə Koutinyo arasında müqavilənin müddəti 2022-ci ilədək qüvvədədir. Yay “transfer pəncərəsi” zamanı   “Liverpul” “Barselona”nı təkliflərini bir neçə dəfə rədd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 204
avatar

Oxşar yazılar