“Ukraynanı Belarusun aqibəti gözləyir”
28 noyabr 2013 20:02 (UTC +04:00)

“Ukraynanı Belarusun aqibəti gözləyir”

“Ukrayna Rusiya kreditlərinin müqabilində müasirləşmədən imtina edərsə, onu Belarusun aqibəti gözləyir.

APA-nın xəbərinə görə, bu sözləri Avropa Birliyinə sədrlik edən Litvanın prezidenti Dalya Qribauskayte Almaniyanın “Die Zeit” qəzetinə müsahibəsində deyib. O, assosiasiya sazişinin imzalanmamasının məsuliyyətini Ukrayna rəhbərliyinin boynuna qoyub.

 

Litva prezidentinin fikrincə, Kiyevin üzünü Moskvaya doğru çevirməsinin səbəbi Rusiya tərəfindən vəd edilən kreditlərdir: “Lakin pulu elə-belə vermirlər. Ukraynanın rəqabətə davamlılığı azalacaq, demokratikləşmə yavaşlayacaq, Kremldən asılılıq getdikcə daha güclü olacaq. Ukraynanı Belarusun taleyi gözləyir”.

 

D. Qribauskayte qeyd edib ki, AB-nin qapıları demokratikləşmə və iqtisadi islahat yolunda olan ölkələrə açıq qalacaq: “Lakin belə qərarlar üçün mərdlik və siyasi iradə lazımdır. Bu yoxdursa, “dostlar”dan asılı vəziyyətə düşürsən”.

 

Litva prezidenti xatırladıb ki, vaxtilə Litva da Rusiyanın təzyiqlərinə məruz qalıb, lakin boyun əyməyib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1151

Oxşar yazılar

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

19 iyul 2025 , 03:16
Ankarada  leysan   fəsadlar törətdi

Ankarada leysan fəsadlar törətdi

18 iyul 2025 , 23:48
56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

18 iyul 2025 , 18:03
Makqreqor bu müğənniyə cinsi orqanının  şəklini göndərdi

Makqreqor bu müğənniyə cinsi orqanının şəklini göndərdi

18 iyul 2025 , 16:21
Səhvən lotereya bileti aldı, 2 milyon uddu

Səhvən lotereya bileti aldı, 2 milyon uddu

18 iyul 2025 , 13:18
Yeni qan qrupu TAPILDI:  yalnız bir nəfərdə var

Yeni qan qrupu TAPILDI: yalnız bir nəfərdə var

18 iyul 2025 , 10:44
Suriya lideri Dəməşqi tərk etdi

Suriya lideri Dəməşqi tərk etdi

18 iyul 2025 , 05:38
"Uber" pilotsuz  taksilərə keçir

"Uber" pilotsuz taksilərə keçir

18 iyul 2025 , 03:23