Kosta-Rikada “Otto” qasırğası nəticəsində ölənlərin sayı 10-a çatıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 9 nəfərin öldüyü, ölkədə üç günlük matəm elan edildiyi bildirilirdi.
Fövqəladə hallar üzrə milli komissiyanın məlumatına əsasən, təbii fəlakətdən Kosta-Rikada 11 min nəfər əziyyət çəkib, bir çox avtomagistrallar yararsız vəziyyətə düşüb. Ümumilikdə, “Otto” qasırğası ölkə iqtisadiyyatına 13 milyon dollar həcmində ziyan vurub.