İranın Həmədan vilayətinin eyniadlı şəhərinin Axund məhəlləsində bir ruhani odlu silahla qətlə yetirilib.
Bunu İranın Həmədan vilayəti hüquq-mühafizə orqanının rəisi Bəxşəli Kamrani Saleh deyib. B.K.Salehin sözlərinə görə, "Peugeot 206" markalı avtomobilin sərnişinlərindən biri avtomobildən düşərək odlu silahdan atəş açıb. Nəticədə 46 yaşlı ruhani ölüb. Qatil dərhal hadisə yerini tərk edib. Polis qatili tapmaq üçün axtarış əməliyyat tədbirlərini davam etdirir.
(Trend)