Astrologiya və numerologiyaya görə, doğum ayı insanın həyatında müəyyən dövrlərin daha uğurlu keçməsinə təsir göstərə bilər.
Lent.az xəbər verir ki, "Parade" nəşrinin yazdığına görə, 2026-cı ilin avqust ayında iyul, oktyabr, fevral və iyun aylarında doğulanlar üçün dəyişikliklər və yeni imkanlarla bağlı əlverişli dövr gözlənilir.
Astrologiya və numerologiya elmi sahələr hesab edilmir və bu yanaşmaların effektivliyi elmi araşdırmalarla təsdiqlənməyib. Buna görə belə proqnozlar daha çox əyləncə xarakterli məlumat kimi qiymətləndirilir.
İyulda doğulanlar üçün avqustun optimizm və yeni imkanlarla seçiləcəyi, oktyabrda doğulanların isə münasibətlər, maliyyə və şəxsi rahatlıq məsələlərində uğur qazana biləcəyi iddia olunur.
Fevralda doğulanlar üçün gözlənilməz imkanların və mühüm qərarların, iyunda doğulanlar üçün isə iş və şəxsi həyatda daha çox enerji və təşəbbüskarlığın ön plana çıxacağı bildirilir.