Tramp Rusiyada həbsdə olan amerikalı dəniz piyadasının  buraxıldığını təsdiqlədi
11 avqust 2026 20:53 (UTC +04:00)

Tramp Rusiyada həbsdə olan amerikalı dəniz piyadasının buraxıldığını təsdiqlədi

0

ABŞ Prezidenti Donald Tramp Rusiyada həbsdə olan amerikalı Robert Gilmanın azadlığa buraxıldığını təsdiqləyib.

Lent.az xəbər verir ki, bu barədə o, “Truth Social” hesabında paylaşım edib.

“ABŞ vətəndaşı, keçmiş dəniz piyadası Robert Gilmanın vətənə qayıtdığını qürurla bildirirəm”, – deyə Tramp yazıb.

ABŞ Prezidenti bildirib ki, Gilman avqustun 11-də axşam yerli vaxtla Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasına gətiriləcək və burada ABŞ administrasiyasının nümayəndələri tərəfindən qarşılanacaq.

Tramp həmçinin qeyd edib ki, onun bəzi nümayəndələri azadlığa buraxılan amerikalı ilə birlikdə təyyarədədir. Lakin ABŞ Prezidenti onların kim olduğunu açıqlamayıb.

***
19:16

Rusiya 2022-ci ildən həbsdə saxlanılan keçmiş ABŞ dəniz piyadası Robert Gilmanı azad edib.

Bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, ABŞ rəsmilərinin məlumatına görə, Rusiya Prezidenti Vladimir Putin 32 yaşlı amerikalının səhhəti ilə əlaqədar əfv olunmasına razılıq verib.

Ağ Ev və Dövlət Departamenti Moskvanı Gilmanı azad etməyə və onun ABŞ-da müalicə almasına imkan yaratmağa çağırmışdı.

Rusiyada 10 il müddətinə azadlıqdan məhrum edilən Gilman Voronejdəki həbsxanada saxlanılırdı. O, xuliqanlıqda və koloniyanın əməkdaşlarına hücum etməkdə təqsirli bilinib.

ABŞ rəsmilərinin bildirdiyinə görə, Gilman çərşənbə axşamı ABŞ Dövlət Departamentinin təyyarəsi ilə Rusiyadan Vaşinqton yaxınlığındakı Dalles hava limanına aparılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 98

Oxşar yazılar