Rusiya səfirinin cənazəsi Vətəninə göndərildi
20 dekabr 2016 18:28 (UTC +04:00)

Rusiya səfirinin cənazəsi Vətəninə göndərildi

0

Dünən Türkiyədə qətlə yetirilən Andrey Karlovun cənazəsi Rusiyaya göndərilib.

Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə səfirin həyat yoldaşı, oğlu, yaxınları da onunla birlikdə xüsusi təyyarə ilə Moskvaya gedib.

 

Xatırladaq ki, ötən gün axşam Ankaradakı Müasir İncəsənət Mərkəzində keçirilən “Rusiya türklərin gözü ilə” sərgisində çıxışı zamanı Türkiyənin bu ölkədəki səfiri A. Karlov qətlə yetirilib. Hadisəni törədən şəxsin polis əməkdaşı Mert Altıntaş olduğu məlum olub. O, təhlükəsizlik əməkdaşları tərəfindən öldürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 311

Oxşar yazılar