Moskvada təyyarə qəzasında ölən Fransanın “Total” neft şirkətinin prezidenti Kristof de Maryeri torpağa verilib. Lent.az-ın məlumatına görə, Marjeri “Keron” qəbiristanlığındakı ailə məzarlığında dəfn olunub. 200-250 adam iştirak etdiyi dəfn sakit, insidentsiz keçib.
Dəfndən əvvəl Parisdə prezidentlə vida mərasimi təşkil edilib. 2 mindən çox adam qatıldığı mərasimə ölkə başçısı Fransua Ollanda da gəlib.
Qeyd edək ki, oktyabrın 21-də Moskvanın “Vnukovo” aeroportunda kiçik mühərrikli “Falkon” tipli təyyarə uçuş zolağında qartəmizləyən maşınla toqquşub. Təyyarədə olan 3 ekipaj üzvü və sərnişin ölüb. Ölənlərin hamısı Fransa vətəndaşı olub.