Kobanidən Türkiyəyə gətirilən 11 yaralı ölüb. Lent.az-ın yerli mətbuata istinadən məlumatına görə, İŞİD-in Kobani şəhərində apardığı əməliyyatlardan sonra 5-i qadın olmaqlla 11 yaralı Mürşitpınar sərhəd keçid məntəqəsindən Şanlıurfaya gətirilib. Türkiyədə xəstəxanaya yerləşdirilən yaralıların həyatını xilas etmək mümkün olmayıb.
Ölənlərdən dördünün kimliyi müəyyənləşdirilib. Bunlar Türkiyə vətəndaşı Məhəmməd Günəş, Suriya əsilli Suzan Məhəmməd, İdris Əhməd, Mizgin Gülbaxçadır. Hazırda digərlərinin də şəxsiyyəti araşdırılır.
Bu arada Şanlıurfadan seçilən millət vəkili İbrahim Binici şəhərdə fəaliyyət göstərən 4 televiziyanın rəhbərlərindən musiqili verilişlərə ara vermələrini xahiş edib.