Yaponiyada Ontake vulkanının püskürməsi nəticəsində xəsarət alanlarının sayı artmaqdadır. Lent.az-ın məlumatına görə, xilasedicilər daha 5 nəfəri xilas ediblər. Xilas olunanlar ürək və ağciyərin dayanması diaqnozu ilə xəstəxanalara yerləşdiriliblər.
İndiyə qədər xəsarət alan 36 nəfər xilas edilib. Dörd nəfərin öldüyü rəsmi təsdiqlənib. Vulkana yaxın ərazilərdə yaşayan 63 nəfər müxtəlif dərəcəli xəsarəti alıb.
Qeyd edək ki, sentyabrın 27-si sübh tezdən Yaponiyanın Ontake dağında vulkan püskürüb. Mütəxəssislər daha 3 vulkanın püskürəcəyi barədə xəbərdarlıq ediblər. Vulkan püskürməsi zamanı hadisə yerində 250-yə yaxın turist olub. Turistlərin alpinistlər üçün hazırlanmış evlərdə gizləndikləri ehtimal olunur. Ölü sayının artacağı istisna edilmir. Xilasetmə işləri davam edir.