Almaniyanın Avtomobil Nəqliyyatı Federal İdarəsi təxminən 57,6 min "Volkswagen Touareg" avtomobilini geri çağırır.
Trend-in məlumatına görə, onlardan 25,8 mini daxilə, qalanları isə digər ölkələrə satılan avtomobillərdir. Səbəb avtomobillərdə işlənmiş qaz təmizləyici sistemdə yaranmış nasazlıqdır.
Volkswagen konserni artıq həmin avtomobillərin istehsalında lazımi dəyişikliyi etdiyini bildirib.