3 ayda 75 kişi ilə sevgi yaşadı
03 oktyabr 2014 12:17 (UTC +04:00)

3 ayda 75 kişi ilə sevgi yaşadı

Avstraliyada 55 yaşlı qadın 3 ayda 75 kişi ilə sevgili olub. Lent.az-ın məlumatına görə, Melburn şəhərində Bambi Smit adlı qadın əsl sevgi axtarışına çıxıb və 3 ay ərzində müxtəlif ölkələrdən tanımadığı 75 kişi ilə sevgi macərası yaşayıb. Smitin görüşdükləri arasında ispan alfons, vatikanlı din xadimi, rus oliqarx, italyan şahzadə və müxtəlif xarakterli təbəqələrə mənsub digər kişilər olub. Qadın başqa ölkələrdə yaşayan dostlarından ona 25-55 yaş arası kişiləri tapmaqlarını da xahiş edib.

Avstraliyalı qadın görüşdüyü bütün kişilərlə xatirə şəkili çəkdirib. Apardığı tədqiqatların nəticəsində, sonunda onun ürəyinə ən çox yatan kişi italyan memar Stefano olub. Qadın memarın çox ağıllı, səmimi və comərd olduğu vurğulayan qadına həmin şəxsin evli olması mane olub.

Bambi Smit yaşadığı sevgi əhvalatlarından bəhs edən kitab yazmağı qərara alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2450

Oxşar yazılar