28 yaşlı qadın “Sibir xorası”ndan öldü
08 noyabr 2017 21:39 (UTC +04:00)

28 yaşlı qadın “Sibir xorası”ndan öldü

0

Gürcüstanın Poti şəhərində 28 yaşlı qadın “Sibir xorası” xəstəliyindən dünyasını dəyişib.

 

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstan Səhiyyə nazirliyinin regional laboratoriyasının epidemioloqu Maki Qabuniya bildirib.

 

“Ehtimala görə, qadın tibbi yardım üçün vaxtında müraciət etməyib.  Ona müvafiq tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb”, deyə M.Qabuniya bildirib.

 

Qeyd edək ki, bu ilin sentyabrında Acarıstan Muxtar Respublikasının sakini “Sibir xorası” xəstəliyindən ölüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 465

Oxşar yazılar