2014-dən Birmada hər kəs qəzet buraxa biləcək
29 dekabr 2012 06:50 (UTC +04:00)

2014-dən Birmada hər kəs qəzet buraxa biləcək

On illər idi ki, Birmada (Myanma) qeyri-dövlət qəzetlərinin buraxılması qadağan olunmuşdu.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, ötən gündən etibarən hakimiyyəti gündəlik qeyri-dövlət qəzetlərinin buraxılmasına icazə verib.

Birmanın informasiya naziri bildirib ki, ölkənin gündəlik qəzet buraxmaq istəyən istənilən vətəndaşı 2014-cü ilin fevralından uyğun ərizə ilə müraciət edə bilər.

Bütün dillərdə qəzet buraxmağa icazə veriləcək.

 

Bir neçə ay öncə ölkədə Kütləvi İnformasiya Vasitələrinə tətbiq edilən senzura ləğv edilib.

 

Birma hakimiyyətinin bu addımını bir çoxları ölkədə demokratik islahatların başlaması ilə əlaqələndirir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 658

Oxşar yazılar