Amerikada yaşayan Mikaila Ulmer adlı qız öz biznesini qurub.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, cəmi 11 yaşı olan qız hazırda biznesindən əldə etdiyi gəlirlə milyonçudur.
2009-cu ildə o, nənəsinin 1940-cı ildə yazıdığı reseptə uyğun şirə hazırlayır. Mikaila şirənin içərisinə şəkər tozu əvəzinə arı balı qatır.
Onun sözlərinə görə, arılardan acığı gəlsə də, amma balın insan üçün daha faydalı olduğunu nəzərə alıb və yeni resept yaradıb.
“Me and Bee Limonade” adlı şirkətin sahibi olan Ulmerin şirələri ölkənin bütün mağazalarında satılır.
Mikaila deyir ki, dostları onun bu işinə əvvəlcə gülsələr də, indi onun kimi milyonçu olmaq arzusundadırlar.