11 ildə 900-dən çox jurnalist öldürülüb
03 noyabr 2017 01:11 (UTC +04:00)

11 ildə 900-dən çox jurnalist öldürülüb

0

Son 11 ildə dünyada 900-dən çox jurnalist xidməti vəzifəsini yerinə yetirərkən qətlə yetirilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə,  bu barədə YUNESKO-nun məlumatında bildirilir.

 

“Son 11 ildə dünyada 930-dək jurnalist xidməti vəzifəsini yerinə yetirərkən qətlə yetirilib. Orta hesabla, hər dörd gündən bir jurnalist ölür”, deyə məlumatda qeyd olunub.  

 

Məlumatda qeyd olunur ki, hər 10 jurnalist qətlindən 9-u cəzasız qalır.  

 

Qeyd edək ki, YUNESKO-nun təşəbbüsü ilə hər il noyabrın 2-də bütün dünyada “Jurnalistlərə qarşı cəzasız cinayətlərə son qoyulması günü” qeyd olunur. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 411

Oxşar yazılar