Filippində tüğyan edən tropik qasırğa nəticəsində baş verən daşqınlar nəticəsində 110 nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, təbii fəlakət nəticəsində 111 nəfər ölüb, 150 nəfər itkin düşmüş hesab edilir.
Ölümlə nəticələnən hadisələrin əksəriyyəti Mindanao adasındakı Cənubi Lanao və Şimali Zamboanqa əyalətlərində qeydə alınıb.
Məlumata görə, ümumilikdə 270 nəfərdən çox sakin ziyan çəkib. Ölkə ərazisində 44 min nəfər üçün nəzərdə tutulmuş 608 təxliyə mərkəzi yaradılıb.