Kaliforniya ştatının məhkəməsi 12 yaşlı Cozef Hollu atası Cefferi Hollu öldürməyi öncədən planlaşdırmaqda suçlu bilib.
Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, 32 yaşlı ata Milli Sosialistlər təşkilatı yerli qurumunun rəhbəri olub.
Mənbənin bildirdiyinə əsasən, Cozef irqçi baxışlı atasını 2011-ci ilin mayında güllələyib.
Onda onun 10 yaşı olub.
Cozef Hollun vəkili Metyü Hardi bildirib ki, yeniyetmə qəddarlıq mühitində, qatil kimi böyüdülüb. Vəkilin sözlərinə əsasən, Cozef Holl atasını qətlə yetirməklə zorakılığa son qoymaq istəyib.