Böyük Britaniyanın Xarici işlər naziri, Baş nazir postuna namizəd Liz Tras zərurət yaranacağı halda nüvə silahı tətbiq etməyə söz verib.
Lent.az-ın xəbərinə görə, bu barədə TASS məlumat yayıb.
“Fikrimcə, bu, baş nazirin vacib öhdəliyidir. Mən bunu etməyə hazıram” – deyə diplomat Mühafizəkarlar partiyasının üzvləri ilə görüşündə bildirib.
Rusiya XİN sözçüsü Mariya Zaxarova da bu bəyanata münasibət açıqlayıb. Zaxarova Teleqram hesabında bildirib ki, Trasın bəyanatı “Ostin Pauers” serialının növbəti seriyasıdır. Lakin bu dəfə “sirli adam” rolunda qadın çıxış edir.