Qazaxıstanın Almatı şəhər aeroportu iğtişaşlardan sonra xaricdən gələn ilk mülki təyyarəni qəbul edib.
Lent.az-ın xəbərinə görə, Antalya-Almatı reysini həyata keçirən sərnişin təyyarəsi bir neçə dəqiqə əvvəl yerə enib.
***
07.31
Qazaxıstanın Almatı aeroportuna iğtişaşlardan sonra ilk mülki təyyarə enib.
Lent.az-ın “Ria Novosti”yə istinadla məlumatına görə, hava limanını hərbçilər qoruyur. Qazaxıstanın Mülki Aviasiya Komitəsi də aeroportun yanvarın 13-də açılacağını elan etmişdi.