Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdə amerikalı aktyor və kinorejissor Şon Penn ilə görüşüb.
Lent.az xəbər verir ki, bu barədə video Ukrayna liderinin İnstaqram səhifəsində yerləşdirilib.
Xatırladaq ki, Penn Donbass ərazisindəki döyüş bölgəsinə səfər etmişdi. O, Ukrayna haqqında sənədli film çəkməyi planlaşdırırdı.
Kann, Venesiya (iki dəfə) və Berlin kinofestivallarının qalibi, "Mystic River” və “Harvey Milk” filmlərindəki baş rollarına görə Akademiya Mükafatına layiq görülən Şon Penn dünyanın ən titullu aktyorlarından sayılır.