“Vaqnerçilər”in Rusiya hərbçilərini  güllələdiyini   ETİRAF etdi
15 may 2023 08:17 (UTC +04:00)

“Vaqnerçilər”in Rusiya hərbçilərini güllələdiyini ETİRAF etdi

Rusiyalı iş adamı Yevgeni Priqojin “Vaqner” özəl hərbi şirkətinin Ukraynadakı hərəkətləri ilə bağlı verdiyi açıqlamalardan sonra yenidən ictimaiyyətin diqqət mərkəzinə düşüb. Priqojin bildirib ki, “Vaqner” öz sursatlarından Rusiya Silahlı Qüvvələrinin mövqelərindən qaçan rus hərbçilərini vurmaq üçün istifadə edir.

Lent.az bildirir ki, Krımskiy veter (“Krım küləyi”) Telegram kanalı söhbətin səs yazısını dərc etməklə bu barədə daha ətraflı məlumat verir.

Beləliklə məlum olur ki, Putinin “aşpazı” Ukraynada cəbhəyə göndərdikləri kadrların keyfiyyətinə eyham vuraraq, Rusiya Müdafiə Nazirliyi ilə qarşıdurmanı davam etdirir.

Priqojinin ifadələrinə konkret sübut təqdim etməməsinə baxmayaraq, onun sözləri ekspertlər və sosial şəbəkələr arasında geniş müzakirələrə səbəb olub, çünki bu, əslində, hərbi cinayətin etirafı kimi səslənir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1977
avatar

Oxşar yazılar