Mash Telegram kanalı Rusiyanın Voronej vilayətində tapılan iki ölü əsgərin fotosunu dərc edib.
Lent.az xarici mediaya istinadən bildirir ki, məlumata görə, onlar Priqojin üsyanı adlanan gün əmrləri yerinə yetirməkdən imtina etdiyi üçün “Vaqner” özəl hərbi şirkətinin muzdlusu tərəfindən öldürülüblər.
İyulun 6-da Voronej-Luqansk avtomobil yolunun 61-ci kilometrliyində rusların meyitləri aşkar edilib. Yaxınlıqda hərbi nömrələri olan güllələnmiş UAZ markalı avtomobil .də olub. Ölən əsgərlərin yanında iki AK-74, RPK-74, patron və yeddi qumbara tapılıb.
Ekspertiza müəyyən edib ki, həmin şəxslər güllələnib, lakin onların şəxsiyyətləri hələ ki müəyyən edilir.
"Qırğızıstan vətəndaşı, 35 yaşlı “Vaqner” komandiri Yaroslav Şexovtsov qətli etiraf edib. Onun sözlərinə görə, iyunun 24-də döyüşçülər əmrləri yerinə yetirməkdən imtina ediblər", - Telegram kanalı yazır.